Son Güllə

-İlahə, İlahə, bağışla məni, İlahə, yalvarıram, mən buna məcburam. Səni sevirəm, İlahə, bağışla məni, İlahə, İlahə, İlahə…

-Ayıl, Əli, ayıl. Sən yuxu görürsən. Əli, sən heç nəyə məcbur deyilsən. Sən hər şeyi elə İlahəyə görə edirsən, onun xoşbəxtliyi üçün edirsən. Təkcə İlahənin yox, onun bütün dostlarının, yaxınlarının, lap elə sənin öz yaxınlarının xoşbəxtliyi üçün edirsən. Sən yaxşı insansan.

-Mən sadəcə yuxu görürdüm.

-3-ü BƏS EDƏR?

-Edər.

6 AY SONRA

İlahənin qardaşının ölümündən beş ay keçir. POLİS HƏLƏ DƏ QATİLİ AXTARIR. Qızın həyatı, demək olar ki, alt-üst olub. Bütün yaxınlarından, rəfiqələrindən didərgin düşüb. Ona həyatda güc verən iki varlıq var: anası və nişanlısı Əli. İlahənin qardaşının ölümündən bir neçə həftə sonra Əli ilə onun toyu olmalı idi. Lakin bu gözlənilməz hadisə hər şeyi dəyişdi. Bütün planlar kimi, toy da ləğv edildi. Üstündən 6 ay keçməsinə baxmayaraq İlahənin günü hələ də qardaşının şəkilləri ilə olan söhbətlərlə keçirdi. Bəzən anası da ona qoşulurdu. Hönkür-hönkür ağlayırdılar. ƏLİNİN İSƏ BUNLARI GÖRÜB ÜRƏYİ PARAMPARÇA OLURDU. Əli, demək olar ki, hər gün İlahəgilə gəlir. O, İlahəni çox sevir. İlahə də onu. Onlar universitetdə də bir yerdə oxumuşdular. Axşamlar isə Əli harayasa gedirdi. O, universitetin filologiya fakültəsini bitirmişdi. VALİDEYNLƏRİNİ İSƏ HƏLƏ TƏLƏBƏLİK İLLƏRİNDƏ İTİRMİŞDİ. Lakin o, həyatdan bezməmiş, öz həyatına davam eləmişdi. Əli və İlahəgil belə qərara gəlmişdilər ki, elə Əli də onlarla birlikdə yaşasın. Hələlik ona 1 otaq vermişdilər. Əli ora bütün kitablarını, yazılarını yerləşdirmişdi. Hər gecə gec saatlarda və səhər tezdən nələrsə yazıb-pozurdu. İlahə ondan nə yazdığını soruşanda o, işlə əlaqəli olduğunu deyirdi.

1-ci. «Sevgidən də önəmli şeylər var»

Artıq zaman ötürdü. İlahə acılara yavaş-yavaş öyrəşirdi. Bir gün evi yığışdıranda bükülmüş vərəq tapır. Açır. Və görür ki, vərəqə bir şeir yazılıb. Adı da «Sevgidən də önəmli şeylər var». Şeiri oxuyur. Çox təəccüblənir. Bu şeiri oxuyan bir kəsdə Əlinin sevgisinə şübhə yaranmaya bilməzdi. Şeirin məzmunundan aydın olurdu ki, Əli sevgiyə inanmır. Bir ötəri hiss zənn edir. Adından da göründüyü kimi həyatda çox şeyi sevgidən üstün tutur. Dostluq, xoşbəxtlik, ideya, birlik, insanlar- bunların hamısını sevgidən öndə görür. Hətta sevgini insana ən sonda lazım olan bir hiss kimi qiymətləndirir. Bu qədər dərdin içində İlahə bunu da özünə dərd eləmək istəmirdi. Amma vərəqi atmamışdı. Onu tapdığını da Əliyə deməmişdi. Hər gecə balışın altından çıxarıb oxuyur və səssizcə ağlayırdı. Şeir İlahəni düşündürməyə, öz-özünə sual verməyə vadar etmişdi: «Son zamanlar Əli soyuq davranır, evə gec gəlir, evdə olanda da ancaq öz otağında nələrsə oxuyur, nələrsə yazır. Yoxsa həyatında biri var? Yoxsa toyumuz təxirə salındıqdan sonra başqasını tapıb? Yoxsa o artıq mənə inanmır? İlahi, özün mənə ağlımı itirməməkdə yardımçı ol».

Nəhayət, bir gün İlahə cəsarət edib şeiri Əliyə göstərməyə qərar verir. O, əsl həqiqətlərin ortaya çıxmasından qorxurdu. İlahə Əlinin otağına girdi, vərəqi göstərərək:

-Əli, bunu salondan tapdım. Sənin xəttinlə yazılmış şeirdir.

-İlahə, sən niyə məndən xəbərsiz o şeiri oxumusan? (İlahənin sözünü kəsərək qışqırır)

-Bağışla, Əli.

Sükut…

-Əsl sən bağışla. Qışqırdım sənə. Eləməməliydim. Ver o şeiri mənə. Mən də elə onu axtarırdım.

-Əli, bu şeiri mənə izah eləyə bilərsən?

-Məncə, çox açıq dillə yazmışam.

-Sən məni sevirsən?

-İlahə, bu nə sualdır? Əlbəttə, sevirəm.

-Bəs o şeir nədir?

-Şeirin bu məsələyə nə aidiyyəti?

-Əli, onsuz da çox şeyi məndən gizlədirsən. İşlədiyin yerdən tutmuş, kimə, kim üçün işlədiyinə qədər. İndi soruşsam, deyəcəksən ki, iş üçün yazmısan. Amma bu şeiri hansı qıza göstərsən, dəli olar. Hansı qıza bu şeiri oxutsan, sevilmədiyinə əmin olar. Məni başa düş.

-İlahə, sən dərindən düşünsəydin, görərdin ki, bu şeirdə heç nə yoxdur, hansı ki səni bu günə salsın. Adı şeirin güzgüsüdür. Sevgidən önəmli şeylər var. Sevgi də çox şeydən önəmlidir. Sevgidən önəmli Tanrı var, ona bəslənilən eşq var, özünə olan sevgi var, cəmiyyətə olan sevgi var. Anlayırsan? Mən istəyirəm ki, hər şeydə olduğu kimi, insanlar sevgidə də qırmızı xətti keçməsinlər. Qeys də Leylini dəli kimi sevirdi. Lakin sonda gicliyinə salıb qəbul eləmədi Leylini. Xətainin aşiqi də Məşuqəni öz sevgisinin gücünə inandıra bilmişdi. Lakin sonda, sanki kontrakt bağlayırlarmış kimi ayrıldılar. Əbədi sevgi, əbədi sevgi deyirsən, budur əbədi sevgi? Bax, sevgi çox gözəl şeydir. Mən səni sevirəm. Sən də məni sevirsən. Amma bu ikinci cümləni eşitməyən nə qədər oğlan, qız var. Onda gərək onlar özlərinə «əbədi sevginin qurbanları» adını qoyub öz həyatlarını məhv etsinlər. Bax, sevgi fəlsəfi şeydir. Onun axrı dəlilik də ola bilər. Elm də fəlsəfi sahədir. Onun da sonu dəlilik ola bilər. Səni bilmirəm, amma mən çox sevməkdənsə, çox bilməkdən dəli olmaq istəyirəm. Bax, İlahə. Tutaq ki, sabah mənim başıma nəsə gəldi. Ya elə universitet vaxtı sən məni sevəndə, mən sənə qarşılıq verməsəydim, nə olacaqdı. Yəqin ki, indi sevgi replərinə qulaq asırdın, ya da mənim sevgilimə CADU ELƏTDİRİRDİN SƏN DƏ. Mən istəmirəm gənclərimiz belə olsunlar. Özləri öz əlləri ilə öz həyatlarını məhv etməsinlər. Onlar sevgiyə qaçmasın, sevgi onlara gəlsin. Onsuz elə sən də durduğun yerdə mənim bir şəklimə vurulmuşdun. Bax indi nə gözəl birlikdəyik. İlahə mən səni sevirəm. MƏNƏ İNAN. Həmişə.

Və ürəyi Əlinin eşqiylə döyünən 20 yaşlı qıza bir öpüş hər şeyi unutdurdu.

2-ci. Ani bir telefon zəngi

Hər gün günorta vaxtlarında evdə görünməyən Əli bu gün nədənsə evdə idi. Bağçada dolaşır, evdəkilərlə söhbət edir- bir sözlə, kefi yaxşıdır. İlahənin anası onu həyətdən evə çağırır və çay içə-içə söhbətləşməyə başlayırlar. Əli qəribə elm sahələrindən, fəlsəfədən, dindən, onlara məlum olmayan şeylərdən danışır. Birdən-bir Əliyə zəng gəlir və çölə çıxır. Bu məqamda baş verənlər isə sadəcə dəhşətdir. Dəhşət. Əl geri qayıdanda gördüklərinə inana bilmirdi. İlahənin anası köynəyi qanlı onun əllərində can verir. Axı necə ola bilər? O, indi burda idi. İki dəqiqənin içində necə baş verdi bunlar hamısı? Aman Allah. O, bir anlıq özünü itirir. Nə edəcəyini bilmir. Ən azından tibbi yardım çağıra bilər. Qonşuları çağıra bilər. İlahənin yanına gedə bilər. Amma o tərpənmir, yerində donub qalıb. İlahə isə hönkür-hönkür ağlayır. Ağlamır, sanki içindən car çəkir, bağırır. Sanki bu bağırtılar Əlini ayıldır və o, əlləri qanlı olan İlahəyə tərəf gedir.

-İlahə, nə… nə oldu, nə oldu burda, nə baş verdi? (həyəcanlı)

-Əli, anamı xilas elə.

-Sakit ol, İlahə. HƏR ŞEY YAXŞI OLACAQ.

-Necə sakit ola bilərəm axı? Anam əllərimdə can verir.

-De görüm necə oldu?

-Kimsə üzü maskalı sən çıxan kimi içəri girdi və silahla vurdu. Əli…Əli, anama kömək elə.

-Narahat olma, İlahə. SƏNƏ KÖMƏK EDƏCƏM.

3-cü. Sonuncu həqiqət

Qara Range Roverin içində Şopen və üstəlik sərin Bakı küləyi insanın ruhunu bədənindən ayırır. Ay yüksəkdə dayanıb öz seyrinə davam edir işığını əsirgəməyərək. Yol, sanki səni sonsuzluğa aparır. Yol lapmaları sıra ilə bir-birini əvəz edir. Və bu sənə son məkana yaxınlaşdığını bildirir sanki. Sürəti artırır. Əsəblər tarma çəkilib. RƏQƏMLƏR BEYNİNDƏ FIRLANIR. Hər şeyin sonu üçün səbirsizlənir. Bu məqamda ani bir hərəkət onun diqqətini tamam dağıdır. Arxada üzü maskalı, əl-ayağı bağlanmış uzun saçlı tərpənmişdi. Deyəsən, ayılırdı. 1 ildir hamıdan uzaqda, YAXINLARINDAN UZAQDA qeyri-insani həyat tərzi sürür. Və, nəhayət, bu gün sondur. Maşının sürətini azaldır və sonda bir qapalı yerə daxil olur. Maşından düşür və qızı alaqaranlıq bir yerə gətirir. Ayaqlarını açır. Stolda otuzdurur. Hələ də özünə gələ bilməyib. Bu yer ona tanışdır. ƏVVƏLLƏR DƏ GƏLİB. Telefonuna zəng gəlir və stuldan uzaqlaşır. Bir az sonra qayıdanda qızın artıq özünə gəldiyi və tərpəndiyini görür. Və nəhayət. Onun üzünü açır. Qız gördüyü mənzərədən, sanki ürəyi dayanacaq. Neçə aylardır qapısı bağlı otaqlarda qalır. Heç kim yoxdur, tək-tənha. 1 ildən sonra qarşısına çıxan ilk adam. Nə qışqırıb bağıra bilir, nə də bir kəlmə söz deyə bilir. Sanki dili bağlanıb. İlahə. Anasının müəmmalı ölümündən 1 il sonra saxlanıldığı yerdən əlləri bağlı bura gətirilir və gözünü açanda qarşısında gördüyü ilk adam- Əli.

-İlahə, bilirəm, beynin suallarla doludur. Sakit ol. Sənə hər şeyi danışacam.

-Əli… (qışqırır, ağlayır hönkür-hönkür)

-İlahə, ağlama. Ən doğrusu belə idi. Mən nə etmişəmsə, sənə görə, sevgimizə görə etmişəm. Başqa yolum yox idi.

-Kəs səsini əclaf, səndən murdarın tanımıram. Şərəfsiz. Budur mənə olan sevgin? Budur bizim üçün etdiklərin? Allah sənə lənət eləsin.

-İlahə, sən heç nəyi bilmirsən. Həqiqət mənim dediklərimdədir.

-Kəs səsini. Nə həqiqəti? 1 ildir məni it damında saxlayırsan. Heç anamın yasında belə ağlaya bilmədim. Qardaşım öldü. Heç bilmədim də kim qıydı ona. Üstəlik anam da tərk etdi məni. Aman tanrım. Bəlkə, onları da sən öldürmüsən, şərəfsiz? Nə durmusan, danış. Öldürəcəm səni.

-Səni orda mən saxlamırdım. Bilirsən, İlahə, biz hər şeyə özümüzdən başlamalıyıq. Başqasına kitab oxu deyib, özümüz kitabdan uzaq olsaq, bu düzgün olmaz. Odur ki, mən düzgün olanın etdim. Özümdən başladım.

-Ay şərəfsiz, sən nə danışırsan?

-İlahə, sakit ol, dinlə. Sən bilirsən mənim atamı, anamı kim öldürüb? Bilirsən? Xeyr, bilmirsən. Onda qoy mən sənə deyim. Mənim də heç nədən xəbərim yox idi. Ta ki sizin evə gələnə kimi. Universitetdə səndən xoşum gəlmişdi. Bu getdikcə sevgiyə çevrildi. Onsuz da hiss eləyirdim elə səni mənə çəkən nəsə var. Məni ailənlə tanış elədiyin gün. Qardaşının gözlərinə baxan kimi ürəyimdən sanki bir ağrı keçmişdi. Qoy uzatmayım. Həmin gün qardaşınla ananın söhbətini eşitdim. Və daha da əmin oldum. Düz yolda olduğumu daha da inandım. Və həmin gündən 4 ay sonra qardaşını öldürdüm. Polis də çoxdan qardaşını öldürənləri tapmışdı. Ondan sonra sən yavaş-yavaş sağalırdın. Hər şey yaxşıya doğru gedirdi. Mən sizə köçdüm. Köçdüyüm gündən 9 gün sonra ananı öldürdüm. Həmin maskalı adam mən idim. Hər şey aylar öncə planlaşdırılmışdı. Bax belə. Həmin gün uşaqlar səni o «it damı» dediyin yerə gətirdilər. Hər şey üzə çıxmasın deyə. Yenə polis güya bizi axtarırdı. Aaa, unutmamış qoy deyim. Axı sənə lap əvvəldə sual vermişdim. Sənin ananla mənim anam ta əvvəldən tanış idilər. Sənin anan, sənin anan…Lənətəgəlmiş anan çox güclü cadugər idi. Qardaşın da ona kömək edirdi. Və bu zibil işi mənim anama da öyrətdilər. İkisi bir yerdə öz cəhənnəmləri üçün əlləşib-vuruşurdular. Bax bu bizim dinimizə də ziddir. Biz din üçün çalışırıq. Biz insanlıq üçün çalışırıq. Onu da deyim ki, mən tək deyiləm. Onlar bizim sevgimizi də, gələcək həyatımızı da cadu üzərində quracaqdılar. Başa düşürsən? Başa düşürsən, İlahə? Mən öz sevgimiz üçün öz valideynlərimi öldürmüşəm. Amma tək qurban bizim valideynlərimiz deyil. Bax, mənim sizin evdə yazdığım yazılar, kitablar-hər şey bunun üçündür. Xoşbəxtlik, sevgi inam üçün.

-Əli, sən nə danışırsan? Aman Tanrım. İlahi, dəli olacam.

-İlahə, bura bilirsən nəyə görə gəldim? Sənin həqiqətləri bilib rahatlaman üçün. Yoxsa, yoxsa elə…

Əli İlahəni bağrına basır, qucaqlayır, sinəsinə sıxır, öpür, öpür, öpür…

Və atılan son güllə ya xəyanət etdiyi üçün Əliyə, ya da etmədiyinə görə İlahəyə dəyir.

*****

Görəsən, həqiqətən də, dünyada «Sevgidən önəmli şeylər var» ?

Son Güllə: 4 комментария

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s